AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ukrayna Mərkəzi”ndə Azərbaycanda müvəqqəti məskunlaşan ukraynalılar üçün maarfiləndirici seminar keçirilib

  • + A
  • - A
  • 18-11-2022, 12:01

    “Ukrayna Mərkəzi”ndə Azərbaycanda müvəqqəti məskunlaşan ukraynalılar üçün maarfiləndirici seminar keçirilib

    Bu gün Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğunun təsis etdiyi “Ukrayna Mərkəzi”ndə Azərbaycanda müvəqqəti məskunlaşan ukraynalılar üçün maarfiləndirici seminar keçirilib. Azadmedia.az xəbər verir ki, seminar, Ukraynanın Azərbaycandakı Səfirliyi və Sumqayıt şəhər İvano Franko adına Ukrayna İcmasının təşəbbüsü əsasında baş tutub.
    Hüquqi, miqrasiya, təhsil və bir sıra sosial məsələlərlə bağlı sualların cavablandırılması məqsədilə təşkil olunan seminarda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin dəstəyi ilə təşkilatın hüquqi kontraktorları və rəsmiləri iştirak edib.
    Seminar zamanı, Azərbaycanda müvəqqəti məskunlaşan Ukrayna vətəndaşlarının ən aktual problemləri, bu ilin fevral ayından qarşılaşdıqları müəyyən məsələlər, əsasən də sosial və təhsil məsələləri üzrə maarifləndirici məlumatlar, müvafiq yardım proqramları barədə məlumatlar verilib.
    Görüşdə həmçinin, Təhsil üzrə Məsləhətçilər də ukraynalı qaçqınların suallarına və təhsillə bağlı üzləşdikləri problemlərin həllinə aydınlıq gətirib. Onlara uyğun hüquqi yönləndirmələr edilib.
    Seminarda həmçinin hökumətlərə və miqrantlara miqrasiya ilə bağlı xidmətlər və məsləhətlər verən Beynəlxalq Miqrasiya Təşkilatının ukraynalı məcburi köçkünlər üçün birdəfəlik maddi yardımın alınması ilə bağlı qeydiyyat şərtləri barədə məlumat verilib.
    https://azerbaijan.iom.int/
    https://www.facebook.com/unhcr.azerbaijan/








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR