Bu ölkədə yenidən karantin qaydaları sərtləşdirildi
Çində COVİD-19 ölümləri ilə bağlı tədbirlər sərtləşdirilib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya səbəbiylə ölüm hallarının qeydə alındığı Çinin paytaxtı Pekində bəzi məktəblər bağlanıb.
Belə ki, noyabrın 19 və 20-də Pekində yaşı 87-91 arasında olan üç nəfər koronavirus xəstəsi vəfat edib.
Noyabrın 20-də paytaxtda ümumilikdə 962 yeni yoluxma faktı aşkar edilib ki, onlardan 266-sı karantin zonalarından kənarda qeydə alınıb.
Sürətli artımla yanaşı, digər şəhərlərdən Pekinə gələnlərə üç günlük karantin tələbi qoyulub.
Pekin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktor müavini Liu Xiaofeng noyabrın 21-də keçirdiyi mətbuat konfransı zamanı ölkədə vəziyyətin kritik olduğunu açıqlayıb:
"Şəhər koronavirus pandemiyası başlayandan bəri ən mürəkkəb nəzarət vəziyyətini yaşayır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.