AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ac adamlar, məmurların semişka pulu, tutulan milyarder, gözə kül üfürən nazirliklər

  • + A
  • - A
  • 22-11-2022, 20:21

    Ac adamlar, məmurların semişka pulu, tutulan milyarder, gözə kül üfürən nazirliklər

    Tarix sübut edir ki, hər hansı bir dövlət üçün ən təhlükəli adamlar iki yerə bölünür: həddən artıq aç adamlar və qanunsuz yollarla varlanaraq harınlamışlar. Dövlətin bel sütunu isə həmişə orta təbəqə hesab olunub.
    Bu prizmadan ölkəmizə baxsaq, görərik ki, hər ötən gün Azərbaycanda əhalinin vəziyyəti daha da ağırlaşır. Orta təbəqə yox olmaq üzrədir. Ölkəmizdə əhali artıq iki qrupa bölünüb: Varlılar və kasıblar. Bəndəniz də sonunculardandır...
    Amma ölkədəki vəziyyəti göstərən Statistika Komitəsinin açıqlamaları başqa şey deyir. Bu açıqlamalara baxdıqca elə bilirsən ki, söhbət Azərbaycandan yox, hansısa xarici ölkədən - ABŞ, Səudiyyə Ərəbistanı və s. gedir. Yəni Statistika Komitəsi çox asan bir yol tapıb. Azərbaycanda ən çox gəliri olanlarla, gəliri ən aşağı olanların orta statistik məlumatlarını çıxardıqdan sonra qərara gəlib ki, Azərbaycanda orta aylıq əməkhaqqı 800 manatdan çoxdur (https://apa.az/az/maliyye/azerbaycanda-orta-ayliq-emek-haqqi-14-artib-713639). Bununla da Azərbaycanın hər gün daha çox inkişaf etmiş hesab olunur... Ancaq reallığa nəzər yetirdikdə görürük ki, vəziyyət əslində çox acınacaqlıdir. Azərbaycanda çalışan işçilərin əksəriyyəti ya dövlət qurumlarında, ya da hansısa məmurun özəl sektordakı holdinq və MMC-lərində çalışır. Pandemiya və müharibə dövründə istər dövlət idarələrində, istərsə də özəl sahədəki ixtisarların əhalinin vəziyyətini kritik həddə gətirdiyini hamı bilir. Müharibə bitsə də yeni iş yerlərinin açılması prosesi çox ləng gedir. Üstəlik qiymətlərin hər gün qalxması sosial cəhətdən həssas qrupların vəziyyətini daha dözülməz hala gətirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqpulu ilə bağlı təklifləri dəyərləndirmək, işsiz əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbir görmək əvəzinə rayonlarda əhaliyə xəstə heyvan sırımaqla məşğuldur (https://fed.az/az/aqrar/qoca-qoyunlar-xeste-ineklerdovletin-sosial-layihesi-niye-naraziliq-yaradib-45207). Məsələ bununla yekunlaşmır. DTX Mədəniyyət Nazirliyinə qonaq getdikdən sonra bəlli oldu ki, nazirin birinci müavini milyonlarla rüşvət alıb (https://www.google.com/amp/s/report.az/amp/hadise/dtx-medeniyyet-nazirliyinde-emeliyyat-kecirib-nazirin-birinci-muavini-saxlanilib/). Hətta vəziyyət o həddə gəlib ki, Azərbaycan Yazıçılar Birliyinin qurultayına xərclənən 203 min manatla bağlı jurnalistin sualına Aqil Abbas 200 min manat semişka puludur deyir (https://qafqazinfo.az/news/detail/203-min-manat-qurultay-ucun-semicka-puludur-aqil-abbas-380397). Ancaq harınlamış məmurlar kasıbın bir aya 200 manat qazana bilmədiyini qəbul etmək istəmirlər.
    Məsələn: Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalova ölkədə insanların kasıb olduğunu necə sübut etmək olar? Adam oğluna Gülüstan Sarayında toy edib və burda bir stulun qiyməti 310 manat olub (https://axar.az/news/kult/692293.html). Ümumilikdə toya 500 min xərcləyən İcra Başçısının ac adamlardan nə xəbəri olacaq? Onun bir oturacağa verdiyi 310 manat ölkəmizdə minimum əməkhaqqı qədər, yaşayış minimumundan isə çoxdursa, onda hansı haqq ədalətdən danışmaq olar? Deməli, Aqil Abbas düz deyir, ölkədə ac adamaların illərlə göz dikib qazandığı pullar məmurların semişka pulu imiş...
    Milyonları semişka pulu bilənlər üçün bəzən müqəddəs heç nə qalmır. Məsələn: Azərbaycanlı milyarder Fərhad Əhmədov haqqında yayılan xəbərlərə baxdıqda, bunun bariz nümunəsini görürük. Görünən budur ki, milyarder böyük səhvə yol verib. Yoxsa DTX nədən onun qapısına dayansın? (https://www.musavat.com/news/dtx-milyarder-ferhad-ehmedovu-saxladi-10-saat-dindirildi-ve_937613.html) Mətbuatda yayılanlara inansaq, Babək Səmidlinin səs yazısını yayan şəxsin də Fərhad Əhmədov olduğu bildirilir. Qara buludlar təkcə milyarderin başında fırlanmır. Mədəniyyət Nazirliyi bu dəfə Abdulla Şaiq adına Kukla Teatrını qara siyahıya salıb. Nazirliyin sözçüsü səbəb kimi bütün sahələrdə islahatların aparılması üçün yoxlamaların aparıldığı olduğunu göstərsə də (https://m.facebook.com/story.php?story_fbid=10222466930198963&id=1140711034&mibextid=Nif5oz) mətbuat bu yoxlamaların əsl səbəbini açıqladı. Bəlli oldu ki, Kukla Teatrının rejissoru Saida Ali Haqverdiyeva bir həftə öncə jurnalist Ağa Cəfərliyə müsahibə verib (https://qaynarinfo.az/az/nazirlik-emekdasi-dedi-ki-teatrda-kasibin-ne-isi-ora-varlilar-ucundur-rejissor-1).
    Rejissor müsahibədə Mədəniyyət Nazirliyindəki mövcud vəziyyətlə bağlı narazılıq edib. Teatrın direktoru Rəşad Əhmədzadə isə Saida Haqverdiyevanın həyat yoldaşı olduğu üçün, nazir tənqiddən nəticə çıxarmaq əvəzinə Kukla Teatrına yoxlama göndərməklə rejissoru susdurmaq yolunu tutub. Bu arada jurnalist dostlar nazirin öz həyat yoldaşına şəhərin mərkəzində 3 milyonluq ev aldığını yazıblar (https://www.google.com/amp/s/pia.az/amp%3fid=481880).
    Nəticədə, ölkə gündəmi acların və harınlamış məmurların mübarizə meydanına dönüb. Yəqin ki, bu mübarizədə qalib gələn, nə aclar, nə də harınlamış məmurlar olar. Artıq orta təbəqəni formalaşdırmağın zamanı çatıb...

    Elmar Hüseynov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR