AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmirdə dam örtüyü uçan məktəb 9 aydır təmir gözləyir

  • + A
  • - A
  • 24-11-2022, 15:38

    Kürdəmirdə dam örtüyü uçan məktəb 9 aydır təmir gözləyir

    Şəkildə gördüyünüz məktəb Kürdəmir rayon mərkəzindən 3 km-dən az məsafədə Kürdəmir-Ağsu yolunun kənarında yerləşir. Köhnəbazar kənd məktəbi. Külək zamanı məktəbin dam örtüyü uçub. Yağan yağışlar sinif otaqlarına axır. Kənd sakinləri küləkli günlər övladlarını məktəbə göndərmək istəmir, çünki məktəbin damı qəzalıdır, heç kim qarant vermirki, külək zamanı dam örtüyü uşaqların başına düşməyəcək. Şəkillər Mərkəzi Aran Regional Təhsil idarəsinə və Təhsil Nazirliyinə göndərilib. Sakinlər təəssüflə bildirir ki, 9 aydır heç bir qurumdan cavab yoxdu. Azadmedia.az məsələni diqqətdə saxlayacaq. Mövzuya qayıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR