AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"146" Çağrı Mərkəzinin fəaliyyət sahəsi genişləndirilir

  • + A
  • - A
  • 28-11-2022, 11:41

    "146" Çağrı Mərkəzinin fəaliyyət sahəsi genişləndirilir

    Elm və Təhsil Nazirliyi "146" Çağrı Mərkəzinin yeni fəaliyyət istiqamətlərini vətəndaşların istifadəsinə təqdim edir. Belə ki, mövcud istiqamətlərə Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı, Gəncə-Daşkəsən və Mərkəzi Aran regional təhsil idarələrinin çağrı mərkəzləri əlavə olunub.

    Qeyd olunan regional təhsil idarələri ilə əlaqə yaratmaq istəyən vətəndaşlar Abşeron-Xızı üçün 146-0-1, Gəncə-Daşkəsən üçün 146-0-2, Mərkəzi Aran üçün isə 146-0-3 nömrələrinə zəng edə bilərlər.

    Sözügedən regional təhsil idarələrinin fəaliyyətə başlayan çağrı mərkəzləri yalnız həmin regiona daxil olan təhsil müəssisələri ilə bağlı vətəndaş müraciətlərini cavablandırmaq üçün nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR