AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Korrupsiyaya yox deyək” respublika rəsm müsabiqəsi üzrə rəsmlərin dəyərləndirilməsi davam edir

  • + A
  • - A
  • 30-11-2022, 11:23

    “Korrupsiyaya yox deyək” respublika rəsm müsabiqəsi üzrə rəsmlərin dəyərləndirilməsi davam edir

    Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə məlumatı

    Xəbər verildiyi kimi, noyabrın 3-dən Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunan “Korrupsiyaya yox deyək!” V-XI sinif şagirdləri arasında respublika rəsm müsabiqəsinə start verilib.
    Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik sahəsində maarifləndirilməsi, məktəblilərin informasiya axtarışına, eləcə də təhsildə yaradıcılığa həvəsləndirilməsi, onların asudə vaxtının səmərəli təşkilindən ibarətdir.
    20 noyabr 2022-ci il tarixində rəsmlərin qəbulu başa çatıb.
    Rəsmlərin dəyərləndirilməsi üçün Baş Prokurorluq, Elm və Təhsil Nazirliyi, Rəssamlıq Akademiyası, eləcə də Rəssamlar İttifaqının nümayəndələrindən ibarət Müsabiqə Komissiyası təsis edilib.
    Hazırda Müsabiqə Komissiyası tərəfindən rəsmlərin dəyərləndirilməsi davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR