AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TALIBOVLARIN DUBAY MÜLKLƏRİ HAMISI MƏCBURƏN SATDIRILMALI - DEPUTATDAN TƏKLİF

  • + A
  • - A
  • 30-11-2022, 20:12

    TALIBOVLARIN DUBAY MÜLKLƏRİ HAMISI MƏCBURƏN SATDIRILMALI  - DEPUTATDAN TƏKLİF

    TALIBOVLARIN DUBAY MÜLKLƏRİ HAMISI MƏCBURƏN SATDIRILMALI VƏ PULLAR QARABAĞDA TİKİNTİ QURUCULUQ İŞLƏRİNƏ YÖNLƏNDİRİLMƏLİDİR
    Azadmedia.az xəbər verir ki, bu təklif Millət vəkili Etibar Əliyevdən gəlib. Daha sonra deputat Talıbovların Dubaydakı mülklərinin siyahısını yaylb. Millət vəkili Etibar Əliyevin yaydığı Talıbovlara məxsus Dubaydakı mülklərin siyahısını təqdim edirik:
    Dubayda yerləşən “Jümeyrah” adalarında 4 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Burada başqa lüks villalar, malikanələr də var. Qiyməti 550 min dollardır.

    Dubayda yerləşən “Bulvar Central Tover 2”- də 3 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Dünyaca məşhur 22 mərtəbəli binada yerləşən mənzilin dəyəri təxminən 1,5 milyon dollardır. Bina “Bürc Xəlifə”nin yaxınlığında yerləşir.

    “Bürc Xəlifə”dən çox da uzaq olmayan, 70 mərtəbəli “Opera Qrand”ın 35-ci mərtəbəsində 3 otaqlı mənzil. Mənzilin dəyəri 2,3 milyon dollardır.

    “Standpoint” sarayında yerləşən 27 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində iki otaqlı mənzil. Mənzilin dəyəri 570 min dollardır və Rza Talıbova məxsusdur.

    63 mərtəbəli “Burj Lake” oteldə Rza Talıbov, Seymur Talıbov və Baharxanım Talıbovanın ayrı-ayrılıqda hər birinin 4 otaqlı mənzili var. Bu mənzillərin ümumi dəyəri 4,7 milyon dollardır. Bina “Dubay Mall”-ın yaxınlığında yerləşir. Bu binada Talıbovların ailə dostu Vüqar Abbasovun da 2 otaqlı mənzili var.

    Seymur Talıbovun “Marina Gatedə” 2 otaqlı iki mənzili var. Mənzillər 42-ci və 48-ci mərtəbələrdə yerləşir. Bu mənzillərin ümumi dəyəri 1,4 milyon dollardır.

    Seymur Talıbovun Dubayda “Opera Residence” binasının 31-ci mərtəbəsində 3 otaqlı mənzili var. Mənzilin dəyəri 620 min dollardır.

    Seymur Talıbov Dubaydakı 34 milyonluq “Class Oteli”in sahibidir. Otel 2018-ci ildə açılıb. Bu ərazidə Dubayın ən iri ticarət mərkəzləri yerləşir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR