AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Narkomaniyaya yox deyirik!”- maarifləndirici görüş keçirildi

  • + A
  • - A
  • 1-12-2022, 21:08

    “Narkomaniyaya yox deyirik!”- maarifləndirici görüş keçirildi

    Yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyillərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması məqsədilə Nəsimi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 14-16 yaş qrupu şagirdlərlə maarifləndirici görüş keçirildi. Görüşdə Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mir Nemət Mirbabayev və İdarənin məsul əməkdaşları iştirak etdilər. Polis polkovniki Babayev narkomaniyanın faciəvi fəsadları, zərərli vərdişlərdən necə qorunmaq barədə məruzə etdi və tövsiyələrini verdi. Görüş diskussiya şəraitində aparıldı.Yol təhlükəsizliyi, ehtiyatsız davranışlardan da danışıldı. Gələcəkdə polis əməkdaşı kimi cəmiyyətimizə faydalı olmaq istəyən yeniyetmə şagirdlər barədə sorğu aparıldı. Belə şagirdlərə məsləhətlər verildi.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR