AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İRANDAN AZƏRBAYCANA ÜZƏRİNDƏ ERMƏNİ DİLİNDƏ YAZILARI OLAN MALLAR NİYƏ GÖNDƏRİLİB? (FOTO, VİDEO)

  • + A
  • - A
  • 2-12-2022, 01:10

    İRANDAN AZƏRBAYCANA ÜZƏRİNDƏ ERMƏNİ DİLİNDƏ YAZILARI OLAN MALLAR NİYƏ GÖNDƏRİLİB? (FOTO, VİDEO)

    Azərbaycan gömrükçüləri indiyə qədər rastlaşmadıqları hüquqpozma faktı ilə üzləşiblər.

    Belə ki, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda digər malların içərisindən gömrük orqanına bəyan edilməyən, üzərindəki yazılara görə Ermənistan Respublikasının istehsalı olan inşaat malları aşkar edilib.

    İndiyədək ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları adətən qida məhsulları və alkoqollu içkilərdən ibarət olub.

    Bu dəfə aşkara çıxarılan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24820 ədəd qab və silikon məmulatı qablarının qablaşdırılması üçün nəzərdə tutulan 1050 ədəd boş karton qutu olub.

    Bu malların İran İslam Respublikasında fəaliyyət göstərən şirkət tərəfindən Azərbaycan Respublikasında fiziki şəxsin ünvanına göndərildiyi müəyyən edilib.

    Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib?

    Faktla bağlı Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birgə araşdırma aparılır






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR