AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hacıqabulda “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

  • + A
  • - A
  • 13-12-2022, 19:27

    Hacıqabulda “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

    Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 8 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbiri keçirilib.
    Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məmməd Hüseynov “Ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlardan danışıb. Ümumbəşəri problemə çevrilən bu bəlanın gənclərin həyatında yaratdığı problemlər barədə geniş məlumat verən şöbə rəisi, zərərli maddələrin geniş yayılmasının qarısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən görülən işlərdən danışıb.
    “Erkən nikah və onun fəsadları” mövzusunda da çıxış edən M.Hüseynov yeniyetmə vaxtlarında qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək , şagirdlərin əsasən təhsilə maraq göstərməli olduğu və gələcəyin yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıb.
    Bundan əlavə, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.
    Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR