Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirir.
Fəaliyyətimizin əsas məqsədi tabeli tibb müəssisələrində tibbi xidmətlərin təşkili və keyfiyyətin yüksəldilməsidir.
Azadmedia.az xəbər verir ki bu barədə məlumatı TƏBİB-in İcraçı direktor Vüqar Qurbanov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaranmasının 4-cü ildönümünə həsr olunan “Tibdə müasir keyfiyyət mərhələsi – Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə TƏBİB-in tabeliyində inzibati ərazi vahidləri üzrə qruplaşdırılan 13 tibbi ərazi bölməsi (Gəncə, Bakı, Sumqayıt, Bərdə-Yevlax, Şəki-Zaqatala, Göyçay-Kürdəmir, İmişli-Sabirabad, Lənkəran, Şəmkir-Tovuz, Dağlıq Şirvan, Quba-Xaçmaz, Cəlilabad-Salyan, Ağdam-Ağcabədi tibbi ərazi bölmələri) fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 13.05.2022-ci il tarixli fərmanına əsasən TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti ölkə başçısının vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.