AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum panellərlə davam edir

  • + A
  • - A
  • 21-12-2022, 01:58

    “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum panellərlə davam edir

    Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin birgə təşkil etdikləri “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum panellərlə davam edir.
    Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun moderatorluğu ilə baş tutan paneldə “Kazan tatarları arasında Quran təfsiri və tərcüməsi ənənəsi”, “Quranın rus dilinə müasir sərbəst tərcüməsinin tənqidi təhlili”, “İmam Termezi Beynəlxalq Elmi-Tədqiqat Mərkəzi təşəkkül prosesində” və ”Şərqşünaslıq və müasir islamşünaslıq (tematik təhlil)” mövzularında məruzələr dinlənilib.
    Aİİ İlahiyyat fakültəsinin dekanı, dos. Elnurə Əzizovanın moderatorluğu ilə baş tutan paneldə “Gürcüstanda islamşünaslıq”, “Azərbaycanda SSRİ dövründə dinşünaslığın inkişafına mane olan amillər”, “Sovet və postsovet dövrü Özbəkistanında ilahiyyat təhsilinin institusionallaşdırılması: Daşkənd İslam İnstitutunun mədəniyyətlərarası təhsil, vətəndaş şüurunun formalaşdırılması və mənəvi dəyərlərin tərbiyəsinə töhfəsi” və “XX əsrin birinci qərinəsində Azərbaycanın Zaqatala bölgəsində İslam dini düşüncəsinin təmsilçiləri” mövzularında tədqiqatçıların çıxışları dinlənilib.
    Qeyd edək ki, “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum 21 dekabr 2022-ci il tarixdə də öz işini davam etdirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR