AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İTSDA ölkədaxili rayon və şəhərlərdə göstərdiyi xidmətlərin sayını açıqladı

  • + A
  • - A
  • 21-12-2022, 18:29

    İTSDA ölkədaxili rayon və şəhərlərdə göstərdiyi xidmətlərin sayını açıqladı

    İTSDA Bakı şəhəri və ölkədaxili rayon və şəhərlərdə göstərdiyi xidmətlərin sayını açıqladı. Azadmedia.az statistikanı təqdim edir:
    Bakı şəhəri üzrə tibbi statistik göstəricilər
    Bu ilin ilk 11 ayı ərzində Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 1 839 882 şəxs 6 691 074 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 16 305 250 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 41 %-i və göstərilən tibbi xidmətlərin 40 %-i Bakı şəhərinin payına düşür.
    63 şəhər və rayon üzrə tibbi statistik göstəricilər
    Bu ilin ilk 11 ayı ərzində Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 2 781 823 şəxs 9 683 029 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 23 971 754 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 59%-i və göstərilən tibbi xidmətlərin 60 %-i regionların payına düşür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR