AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq çərçivəsində görülən işlər müzakirə olunub

  • + A
  • - A
  • 21-12-2022, 19:10


    TƏBİB və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq çərçivəsində görülən işlər müzakirə olunub

    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin heyəti ilə görüşüb.
    Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbərinin Əməliyyatlar üzrə müavini, səhiyyə üzrə ölkə koordinatoru Apollo Kinyokie Barasa, səhiyyə məsələləri üzrə nümayəndəsi Oscar Danilo Qarsia Linarte və hər iki tərəfdən aidiyyəti üzrə məsul şəxslər iştirak ediblər.
    Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin 2022-ci ildəki fəaliyyətinin icmalı, ilkin səhiyyə xidməti üzrə pilot layihə, “COVID-19” infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində dəstək, TƏBİB-in tabeliyindəki ilkin səhiyyə müəssisələrinə göstərilmiş texniki yardım, 2023-cü il üçün birgə fəaliyyət planı,TƏBİB və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması müzakirə olunub.
    Tibb sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, əməkdaşlığın səmərəliliyinin artırılması, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən tibb müəssisələrində çalışan personal üçün kommunikasiya bacarıqlarının artırılması, pasiyentlərlə düzgün sosial-psixoloji davranış qaydaları, əczaxanaların idarə olunması sahələrini əhatə edəcək seminar və treninqlərin təşkil edilməsi perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
    Vüqar Qurbanov qarşılıqlı faydalı əməkdaşlığa görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinə təşəkkür edib, bundan sonra da birgə əməkdaşlıq nəticəsində nailiyyətlərin əldə olunacağına inandığını bildirib.
    Görüşdə qeyd edilib ki, indiyədək 9 ilkin səhiyyə müəssisəsi təmir edilib, Ağstafa, Ağdam, Tovuz, Füzuli, Qazax və Ağcabədidə tibb məntəqələrinin infrastrukturunun yaxşılaşdırılmasına dəstək göstərilib.
    Eyni zamanda o da bildirilib ki, 2023-cü ildə təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi, bir sıra xəstəliklərin müayinə və müalicəsi ilə bağlı birgə əməkdaşlıq davam etdiriləcək.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR