AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

65 layihədən 29-u “Sabahın alimləri” XI Respublika Müsabiqəsində iştirak hüququ qazanıb

  • + A
  • - A
  • 24-12-2022, 14:53

    65 layihədən 29-u “Sabahın alimləri” XI Respublika Müsabiqəsində iştirak hüququ qazanıb

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən təqdim olunan 65 layihədən 29-u “Sabahın alimləri” XI Respublika Müsabiqəsində iştirak hüququ qazanıb. Müsabiqəyə maraqlı və innovativ layihələrlə qatılan məktəblərdən 1 məktəb I yerə, 4-ü II yerə, 5-i III yerə, 1-i isə sertifikata layiq görülüb. Müsabiqədə I yerin sahibi olan Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi Nilgün Məmmədli ABŞ-da keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək hüququ qazanıb.
    Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsindən ibarətdir.
    Qeyd edək ki, artıq “Sabahın alimləri” XII Respublika Müsabiqəsinə start verilib. Müsabiqəyə BŞTİ-nin tabeliyindəki məktəblərdən 111 layihə qeydiyyatdan keçib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR