Londonun Foley küçəsində eyniadlı elit restoranda iki nəfərlik ortabab nahar 70-100 funt sterlinqə (150-220 manata) başa gəlir. Bahalı restoranın sahibələri Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin qızlarıdır.
Azadmedia.az xəbər verir ki, bu məlumatı xaricdə yaşayan bloger Cavanşir Həsənli paylaşıb və restoranın sənədlərini təqdim edib.
Restoran Londonda fəaliyyət göstərən iki şirkət - FOLEY'S RESTAURANT LIMITED və onun törəməsi olan LONDON GASTRONOMY GROUP LTD tərəfindən idarə olunur. Restoran 2017-ci generalın qızlarının adına rəsmiləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.