AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə ali təhsil müəssisələrinin tələbələri arasında intellektual müsabiqə keçirilib

  • + A
  • - A
  • 26-12-2022, 14:39

    Gəncədə ali təhsil müəssisələrinin tələbələri arasında intellektual müsabiqə keçirilib

    Ombudsmanın Qərb Regional Mərkəzinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə Humanitar Kolleci, Gəncə Tibb Kollecinin tələbələrinin iştirakı ilə intellektual müsabiqə keçirilib.
    Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxışı zamanı təhsil müəssisələri arasında insan hüquqları mövzusunda təşkil edilmiş müsabiqələrin, maarifləndirmə tədbirlərinin tələbələrin insan hüquqlarının müdafiəsi sahəsində biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
    Müsabiqədə birinci yerə Azərbaycan Dövlət Aqrar Universitetinin “Promotey” komandası, ikinci yerə Azərbaycan Texnologiya Universitetinin “Xəmsə” komandası, üçüncü yerə Gəncə Tibb Kollecinin “Zəfər” komandası layiq görülüb.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR