Azərbaycan Autizm Assosiasiyası ilin yekunları ilə bağlı tədbir keçirib. Autizmli uşaqların, onların valideynlərinin və təlimçilərin iştirakı keçirilən görüşdə millət vəkilləri, ictimai xadimlər, tanınmış idmançılar və digər fəxri qonaqlar iştirak ediblər. Tədbirin əvvəlində il ərzində Azərbaycan Autizm Assosiasiyasının keçirdiyi tədbirlər, yerli və beynəlxalq yarışlar barədə qonaqlara məlumat verilib, bu haqda videoçarx göstərilib. Azərbaycan Autizm Assosiasiyanın sədri Elnur Məmmədli açılış nitqində cari ilin uğurlarından danışıb. Assosiasiyasının vitse-prezidenti, millət vəkili Jalə Əhmədova autizmli uşaqların və ailələrin həssas qrup olduğunu və cəmiyyətin xüsusi diqqətini tələb etdiyini bildirib.
Tədbirdə 2023-cü ildə fərqlənən autizm mərkəzlərinə, idman klublarına, təlimçilərə diplom və təşəkkürnamələr təqdim olunub. Yarışlarda mükafat qazanan autizmli idmançılara hədiyyələr verilib. Rəsmi hissənin ardınca tədbir bəddi hissə ilə davam edib. İncəsənət nümayəndələrinin iştirakı isə autizmli uşaqların böyük sevincinə səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.