Milli Azərbaycan Tarixi Muzeyi öz elmi-kütləvi fəalliyyəti ilə yanaşı H.Z.Tağıyev irsinin davamçısı və təmsilçisi kimi xeyriyyə işlərinə də diqqət ayırır. Belə ki, muzey əməkdaşları "Ümid yeri" uşaq sığınacağını ziyarət ediblər. Muzeyin bu təşəbbüsü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilib
Tədbirdə çıxış edən MATM-nin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi qeyd etdi ki, bu tədbir Muzeyin uşaqlara daha çox diqqət və qayğı göstərməsinin sübutudur. Qeyd olundu ki, Muzey əməkdaşlarının ianəsi ilə toplanan vəsaitlə sosial xidmət müəssisəsinin 60 uşağına isti ayaq geyimi və bir günlük yemək təşkil edilib. Tədbirdə çıxış edən "Ümid yeri" xeyriyyə cəmiyyətinin sədri Nigar Mənsimli rəhbərlik etdiyi müəssisənin müəllim və uşaq kollektivi adından Muzeyin direktoru, akademik Nailə Vəlixanlıya və muzey kollektivinə öz minnətdarlığını bildirib, təşəkkür etdi. Tədbirdə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə bədii hissə təşkil olunub və uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.