AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dəbbə pulu və alimentlə bağlı ən çox verilən suallara hüquqşünasdan CAVAB

  • + A
  • - A
  • 9-01-2023, 16:56

    Dəbbə pulu və alimentlə bağlı ən çox verilən suallara hüquqşünasdan CAVAB


    Azadmedia.az aliment və dəbbə pulu ilə bağlı suallara aydınlıq gətirdi.
    Poçtumuza daxil olan çoxsaylı sualları ümumiləşədirib Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı ilə cavablandırmağa çalışdıq. Sizin də suallarınız varsa, bizə yollayın.



    - Dəbbə pulu nədir?

    - Dəbbə pulu müqavilə şərtindən əmələ irəli gələn məsələdir. Tutaq ki, mən sizdən mal alıram, onun pulunu 2 il ərzində ödəməyi öhdəmə götürürəm. Müqavilə bağlayırıq. İki il ötəndən sonra mən o pulu qaytarmıramsa, müqavilədə dəbbə pulu nəzərdə tutulursa, o zaman siz məndən dəbbə pulu da tələb edə bilərsiniz. Əgər müqavilədə dəbbə pulu yoxdursa, o zaman müqavilədə göstərilən puldan əlavə pul tələb edə bilməzsiniz.

    - Alimentin dəbbəsi varmı?

    - Alimentin dəbbəsi deyilən anlayış var, amma hansı qaydada istifadəsi yoxdu. Praktikada istifadə olunmur. Aliment öhdəliyi anlayışı var. Öhdəlik də konkret Ailə Məcəlləsi ilə tənzimlənir. Alimentin iki növü var. Biri sabit pul məbləğində olur, konkret olaraq hər uşağın saxlanması üçün Prezident tərəfindən müəyyənləşdirilən minimum istehlak bazarı var. Keçən il 193 manat idi, bu il 220 manat olub. Bu, ilbəil artan məsələdir.
    Biri də var ki, uşaq sayına görə aliment tutulması məsələsi. O da maksimum əmək haqqının, ümumi gəlirlərin 50 faizindən yuxarı ola bilməz. Baxmayaraq ki, Ailə Məcəlləsində konkret göstərilib ki, 1 uşağa görə 4\1, 2 uşağa görə 3\1, 3 və daha çox uşağa görə yarısıdır. Yani ki, gəlirlərin yarısı. O yanaşma özü biraz anormaldır, çünki 3 uşaq və daha çox. Tutaq ki, adamın 7 uşağı var, yenə də gəlirlərin yarısını ödəməlidir. Ailə Məcəlləsi yuxarı səviyyədə olan normativ hüquqi aktdır. Ona görə də alimentin dəbbəsi ola bilməz.
    Müqavilə öhdəliyi var. Alimentlə bağlı o məsələni məhkəməsiz yoluna qoymaq olar.

    - Əgər ata heç vaxt aliment ödəməyibsə, ana istənilən vaxt bu pulları tələb edə bilər? Yoxsa uşağın 18 yaşına qədərdir müddət?
    - Uşağın 18 yaşı keçsə belə istənilən yaş dövründə atanı məhkəməyə verib alimenti tələb etmək olar. Yığılıan məbləğ 18 yaşın tamamına qədərdir. 18 yaşdan sonra aliment öhdəliyi olmur. Amma yığılan məbləği istənilən vaxt tələb etmək olar.

    - Ata illərlə uşağa aliment ödəməyib, maraqlanmayıbsa, atadan imtinaya qanun imkan verirmi?
    - Xeyir, qanunda atadan imtina mövcud deyil. Valideynlik hüququndan məhrum etmə var.

    - Bəs mühacirlərin qohumları onlardan necə imtina edir? Qanunla tənzimlənir?
    - O siyasi söhbətdir. Heç bir hüquqi qüvvəsi yoxdur.

    - Demək ata illərlə uşağa baxmır, amma qocalanda uşaq onu saxlamalıdır?
    - Övladın atanı saxlamaq öhdəliyi var, əgər ata tələb edərsə. Amma illərlə övladına baxmadığını övlad gələcəkdə sübut edə bilsə, atanın iddiası təmin edilməyəcək.
    Hazırladı Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR