Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Müxtəlif situasiyalarda sosial iş prosesinin təşkili” adlı layihəyə 2023-cü ilin Yanvar ayından start verilib. Layihə rəhbəri Şəbnəm Əsgərovanın təşkilatçılığı ilə yanvar ayı ərzində 4 mövzü üzrə 8 təlim həyata keçirilib. Ümumilikdə layihə çərçivəsində 5 mövzu üzrə 10 təlim keçiriləcək. “Əlillik”, “Ünvanlı Dövlət Sosial Yardımı”, “Zorakılıq”, “Övladlığagötürmə”, “Qaçqın və məcburi köçkünlər” mövzusunda peşəkar mütəxəssislər tərəfindən keçirilən nəzəri və praktiki təlimlər vasitəsilə sosial iş tələbələri, məzunları, sosial sahədə təhsil alan və bu sahələrdə hal-hazırda fəaliyyət göstərən şəxslər bilik və bacarıqlarını artıracaq, case-lərlə işləyərək təcrübəyə yiyələnəcəklər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı ilə “Müxtəlif situasiyalarda sosial iş prosesinin təşkili” layihəsi çərçivəsində “Məişət zorakılığı” mövzusunda Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində tədbir həyata keçirilmişdir. Bu əməkdaşlıq nəticəsində təlimdə iştirak edən şəxslər əvvəlcə sosial xidmət göstərən mərkəzlə və orada vətəndaşlara göstərilən xidmətlərlə əyani şəkildə tanış olmuş, daha sonra isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov çıxış edərək zorakılıq və onun növləri, məişət zorakılığı, Komitə tərəfindən hazırlanan statistika, zorakılıq qurbanları ilə aparılmalı olan işlər, müdafiə mexanizmləri, eyni zamanda ölkəmizdə mövcud olan qanunvericilik aktları barədə geniş məlumatlar vermişdir.
Təlimlər ödənişsiz olaraq həyata keçirilir və hər mövzu üzrə təlimlər yekunlaşdıqda iştirakçılara sertifikatlar təqdim olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.