AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərə get, bir uşağın olsun - Başqa yol varmı?

  • + A
  • - A
  • 1-02-2023, 22:46

    Ərə get, bir uşağın olsun - Başqa yol varmı?

    Cəmiyyətdə qızları ailə qurmağa məcbur edən valideynlərin, dost-tanışların ən çox işlətdiyi kəlmə "ərə get, 1 uşağın olsun. Yaşlaşanda evin damının altında tək qalma, qulluğa gedənin olsun!". Övlad xatirinə sevmədiyin adamla ailə qurmağa dəyərmi? Sevgisiz ailələrdə böyüyən uçaqlar sonradan cəmiyyət üçün problemə çevrilmirmi? Çıxış yolu nədədir? Əgər xanlmların əksəriyyəti sırf övlad üçün ailə qurub sonra ailələrini dağıdırsa, məhkəmələrdə aliiment üçün, atalığın tanınması üçün çəkişmələr kifayət qədərdisə, ən optimal yolu övladlığa götürmədir fikrimcə.
    Tək xanımlar övladlığa uşaq götürə bilərmi? Bunun üçün hansı şərtlərə əməl etmək lazımdır? Qanunlarımız bu haqda nə deyir? Övladlığa uşaq götürmək üçün hansı quruma müraciət etmək lazımdır?
    Azadmedia.az övladlığa uşaq götürmək istəyən xanımların suallarına aydınlıq gətirib.
    Övladlığa uşaq götürmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək lazımdır. Nazirlikdən sorğumuza cavab olaraq bildirdilər ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla nikahda olmayan Azərbaycan Respublikası vətəndaşı olan şəxslər övladlığa uşaq götürmək üçün müraciət edə bilərlər.
    Əgər xanımlarımız daha ətraflı müraciət edib ətraflı cavab almaq istəsələr, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin e-sosial.az internet protalı, 142 Çağrı Mərkəzi, Sosial Xidmətlər Agentliyinin 116123 Qayğı Çağrı Mərkəzi və 0125254130 nömrəsi vasitəsi ilə müraciət edib, suallara cavab tapa bilərlər
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR