İlkin Həsənov 2 il müddətində çalışdığı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzinin direktoru vəzifəsindən ayrılıb. Azadmedia.az xəbər verir ki, İ.Həsənov öz ərizəsilə ayrıldığını bildirib.
"Bu iki il ərzində çox iş gördük. TDM işlədiyimiz müəllimlər üçün bir ümid yeri oldu. Ən böyük uğurumuz metodistin funksiyasını polis rolundan dəstəkləyici rola çevirmək oldu. Daha məktəbə gələn TDM-in metodisti müəllimdə səhv axtaran, ona neqativ münasibət sərgiləyən tərəf yox, kömək edən tərəfə çevrilib. Bunun yanında bir xeyli işlər də görülüb. Bura metodistlərimizin peşəkar inkişafı, 30 məktəbdə Məktəbin İnkişaf Planının yazılması, reallaşmasını gözlədiyimiz “Psixoloji pasport”, “Məktəb metodisti” layihələri, hələ də adının səhv yazıldığı düşünülən “Dərd dinləmə” proqramı və s. məsələlər daxildir. Ən əsası isə doğma mühit formalaşdırmışıq. Bütün bunları həyata keçirərkən əsasən güvəndiyim tərəf “dəlilər”dən ibarət komandam idi.
Əslində, məktəbdə metodik xidmətin təşkili yolunda ipin ucunu yaxalamışdıq, sadəcə reallaşdırmağa imkan olmadı. Tək təəssüf etdiyim az qala bütün günahların üstünə atıldığı məktəbdəki şagirdlərə sistemli şəkildə kömək edə bilməməyimdir, halbuki çətin də olsa, mümkünsüz deyil" yazan keçmiş direktor 10 ildir ki, doğru-dürüst məzuniyyət götürmədiyini, dincəlmək üçün zamana ehtiyacı olduğunu bildirib və qeyd edib ki, təhsil sahəsindən getmirəm, qismət olsa, qısa müddət sonra yenə öz fəaliyyətimə başqa formada davam edəcəyəm.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.