BMT-nin 84-cü sessiyasında iştirak edən hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert Elgün Səfərov Azadmedia.az-la təəssüratlarını bölüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov bildirib ki, 6-cı dövri hesabatda CEDAW Komitəsi və Gürcüstan Hökuməti arasında dialoqda iştirak edib. Elgün Səfərov qeyd edib ki, çıxışın əsas mövzusu cinsi istismarın, insan alverinin qarşısının alınması, sığınacaqlarla bağlı dövlət siyasəti, qaynar xətt və xidmətlərə əlçatanlıq idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.