Sosial şəbəkələrdə yayılan kadrlardan da görmək olur ki, yüzlırlə, bəlkədə minlərlə körpə zəlzələ nəticəsində valideyn himayəsindən məhrum olub. Türkiyədə yaşayan jurnalist Şəbnəm Karslı şəxsi facebook səhifəsindən Türkiyədə yaşayan xanımlara, analara müraciət edib, müvəqqəti uşaqları himayəyə almaq üçün qaydaları izah edib. Azadmedia.az diqqətə çatdırır ki, Türkiyənin Aile ve Sosyal hizmetler Nazirliyi də uşaqları müvəqqəti himayə etmək üçün çağırış edib.
Şəbnəm xanımın müraciətini təqdim edirik və inanırıq ki, biganə qalmayacaqlar. O uşaqların isti evə, qayğıya ehtiyacı var
"Türkiyədə yaşayan gözəl analarımız, əziz xanımlar. Azərbaycan qadını dünyanın ən fədakar anasıdır, biz ən yaxşı bunu bacarırıq. İndi isə xəstəxana, çadır künclərində baxımsız qalan körpələrin bizə ehtiyacı var.
Fəlakət nəticəsində ailəsi vəfat etmiş vəya hələ tapılmamış uşaqlar üçün müvəqqəti qoruyucu ailələrə ehtiyac var. E-devlet üzərindən müraciət etmək mümkündür. Ama prosesi sürətləndirmək istəyirsinizsə yaşadığınız ilçenin Aile ve Sosyal hizmetler ilçe müdürlüğünə gedib, birbaşa müraciət edə bilərsiniz.
Gözəl qəlblərinizə sığınıram ❤️❤️❤️".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.