AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəlzələdə həlak olanların dəfni üçün yardıma QMİ nümayəndələr göndərəcəkmi? - AÇIQLAMA

  • + A
  • - A
  • 10-02-2023, 14:24

    Zəlzələdə həlak olanların dəfni üçün yardıma QMİ nümayəndələr göndərəcəkmi? - AÇIQLAMA

    Qardaş Türkiyədən həyəcanlı xəbərlər gəlməkdə davam edir. Təəssüf ki, faciəli xəbərlərin miqyası hər dəqiqə böyüyür. Azərbaycan həm xilas ediciləri, həm mediası, həm həkimləri, həm də digər maddi və mənəvi dəstəyi ilə türk qardaşlarının yanındadır. Türkiyədən gələn məlumatlarda zəlzələ nəticəsində həlak olanları dəfn etmək üçün dini nümayəndə və kəfən çatmadığı bildirilir, kömək istəyirlər.
    Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə müraciət etdik.
    İdarədən Azadmedia.az-a bildirdilər ki, QMİ səlahiyyətləri çərçivəsində bu məsələdə işlər görür və görəcək. Zəlzələdə ziyan çəkənlərə maddi və mənəvi kömək göstərilir.
    Dini nümayəndələr dəfn işlərinə kömək üçün qardaş ölkəyə gedəcəkmi? - sualımıza cavab olaraq bildirdilər ki, ora kimisə göndərmək dövlət xətti ilə həyata keçirilməlidir. İdarə özbaşına bu işləri təşkil edə bilməz. Əgər dövlətimiz məsləhət görərsə, din xadimlərimiz dəfn mərasimində dini prosedurları həyata keçirməyə qardaş ölkəyə getməyə hazırdır.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR