AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov vətəndaşları qəbul edəcək

  • + A
  • - A
  • 15-02-2023, 14:36

    "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov vətəndaşları qəbul edəcək

    "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov fevralın 16-da saat 10:00-da Tərtər şəhərində Tərtər və Ağdam rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Tərtər şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Azərişıq” ASC-nin Tərtər Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.
    Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
    Qəbulda iştirak etmək istəyən şəxslər Tərtər Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
    Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
    Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR