"TƏZADLAR" saytının Baş redaktoru Asif Mərzilinin avtomobilinə cərimə yazılıb. O, cərimənin dövlər tədbirinə getdiyi zaman yazıldığını bildirərək, güzəşt istəyib. Dövlətdən maliyyə yardımı alan sayt rəhbərinin bu təklifi həmkarları tərəfindən birmənalı qarşılanmayıb, qanun qarşısında hamının bərabər olması xatırlanıb. Azadmedia.az Asif Mərzilinin sözügedən statusunu və rəyləri təqdim edir:[i]Bu gün səhərin gözü açılmamış SMCRadar.az-dan mesaj gəldi ki, 20 manat cəriməniz və 12 manat dəbbə pulu var. Məlum olur ki, MEDİA-nın tədbirlərindən birinə gedəndə hamının saxladığı yerdə avtomobil saxlamışam və DYP əməkdaşı da fürsəti əldən vermədən bir-bir cərimə ovuna çıxıb. Təbii ki, aidiyyəti üzrə şikayət verirəm. Amma MEDİA Agentliyinə də təklifim var: jurnalistlərin rəsmi tədbirlərə gedərək təmənnasız olaraq informasiya paylaşmasının bəzən əvəzi belə cərimələr olur. Bəlkə MEDİA DİN qarşısında məsələ qaldırsın ki, müvafiq rəsmi tədbirlər keçirilən yerlərdə jurnalistlərin avtomobil saxlamasına (şirkət, xidməti avtomobil sahiblərinə olduğu kimi) güzətlər-icazələr tətbiq edilsin. Məsələn, xüsusi nişanlar verilə bilər ki, cərimə ovuna çıxan DYP əməkdaşı həmin avtomobilə cərimə yazmasın. Onsuz da biz jurnalistlər qayda pozmağa meyilli deyilik və ciddi qadağalar olan, tıxaclara rəvac verən yerlərdə avtomobil saxlamırıq. İndi biz neyləyək ki, Bakını ağgöz iş adamlarının icarəsinə verib göydələnlərlə doldurub paytaxtı tıxaclara yükləyiblər... Səhər-tıxac, günorta-tıxac, axşam-tıxac...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.