AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Probasiya qeydiyyatında olan yeniyetmə məhkumlar üçün təlim keçirilib

  • + A
  • - A
  • 20-02-2023, 16:12

    Probasiya qeydiyyatında olan yeniyetmə məhkumlar üçün təlim keçirilib

    Ədliyyə Nazirliyi ilə Hüquq və İnsan Haqları İnstitutu arasında səmərəli əməkdaşlıq edilərək yetkinlik yaşına çatmayan məhkumların cəmiyyətə reinteqrasiyası məqsədilə birgə maarifləndirici təlimlər keçirilir.
    Qurumdan Azadmedia.az-a verilən məlumata görə davam edən tədbirlər çərçivəsində nazirliyin Probasiya xidmətinin qeydiyyatında olan yeniyetmə məhkumlar üçün üçgünlük təlim təşkil olunub.

    2023-cü ilin xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunması nəzərə alınaraq təlimdə ilk olaraq “Heydər Əliyev və Azərbaycanda insan hüquqları islahatları”, “Əfv, amnistiya və vaxtından əvvəl azad olunma” mövzuları tədris olunub. Həmçinin “Uşaq hüquqları”, “Əmək bazarı ilə tanışlıq, işaxtarma vasitələri və karyera seçimi”, “Xaricdə təhsil imkanları” mövzusunda mühazirələr dinlənilib. Təlimçi qismində çıxış edən İnstitutun məsul işçiləri tərəfindən mövzular üzrə təqdimatlar edilib, maraqlı diskussiyalar aparılıb.
    Təlimin yekununda iştirak edən nazirliyin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Probasiya Xidmətinin rəisi Akşin Ziyadov, Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “Heydər Əliyev İli”ndə təşkil olunan təlimdə xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan Ulu Öndərin insan hüquqlarının etibarlı təminatına xidmət edən islahatların aparılmasında müstəsna roluna, humanizm ideyalarına və bu siyasətin təzahürü olaraq əfv və amnistiya institutlarının davamlı tətbiqinə həsr olunan mövzuların tədrisinin əhəmiyyətini xüsusilə qeyd ediblər.
    Bildirilib ki, bu və digər mühüm mövzularda maarifləndirici təlimlərin davamlı təşkili yetkinlik yaşına çatmayan məhkumların sosial adaptasiyasına və gələcəkdə layiqli vətəndaş olmalarına xidmət edir.
    Sonda yeniyetmələrə sertifikatlar təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR