AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

147 nömrəli Texniki Humanitar Lisey müvəqqəti başqa məktəbə yerləşdiriləcək

  • + A
  • - A
  • 22-02-2023, 10:02

    147 nömrəli Texniki Humanitar Lisey müvəqqəti başqa məktəbə yerləşdiriləcək

    21 fevral 2023-cü il tarixində 147 nömrəli Texniki Humanitar Liseydə təhsil alan şagirdlərin valideynlərinin bir qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyinin görüşü keçirilib. BŞTİ-dən Azadmedia.az-a bildirilib ki, 147 nömrəli Texniki Humanitar Liseyin yenilənməsi, təhsilalanların tədris şəraitinin daha da yaxşılaşdırılması məsələləri müzakirə olunur. Lisey kontingentinin yaxınlıqdakı ən uyğun yer imkanlarına malik təhsil müəssisələrinin birində (56 nömrəli tam orta məktəbdə) müvəqqəti yerləşdirilməsi nəzərdə tutulur. Müvəqqəti köçürülmə zamanı müəllim və valideynlərin ümumi rəyi nəzərə alınacaq, şagirdlərin normal tədris şəraitinin təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılacaq. Bu baxımdan hər hansı narahatlığa ehtiyac yoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR