AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İntellekt” məktəb-liseyində yayııan səs yazısı ilə bağlı rəsmi AÇIQLAMA

  • + A
  • - A
  • 22-02-2023, 14:09

    “İntellekt” məktəb-liseyində yayııan səs yazısı ilə bağlı  rəsmi AÇIQLAMA

    Paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair yayılan səs yazısı yayılıb. Əməkdaşımız BŞTİ-nin hadisəyə münasibətini öyrənib.
    Azadmedia.az BŞTİ-nin açıqlamasını təqdim edir:
     Paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair yayılan səs yazıları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.

    Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin əzizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.

    Müəllimlərlə bağlı da qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək.

    Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.
     
     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR