Qalmaqallı hadisələrlə dəfələrlə medianın gündəminə gələn Tariyel Qurbanov prokurorluq orqanlarını tərk edib. Baş Prokurorluğun Mətbuat xidmətindən Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirilir ki, Tariyel Qurbanov hazırda prokurorluq orqanlarının əməkdaşı deyil. Belə ki, 2023-cü il yanvarın 16-da öz arzusu ilə Tariyel Qurbanovun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Qeyd edək ki, əvvəl mətbuatən gündəminə Uıi Öndərin məzarı üstündə səhv əllə hərbi salam verməyi ilə gələn T.Qurbanov, sonralar hamam sərgüzəştləri və məhkəmə çəkişmələri ilə uzun müddət gündəmdə qaldı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.