AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şagirdlərin əksəriyyəti İmtahanın sonuna qədər əyləşməyi seçib - DİM rəsmisi

  • + A
  • - A
  • 7-03-2023, 18:09

    Şagirdlərin əksəriyyəti İmtahanın sonuna qədər  əyləşməyi seçib - DİM rəsmisi

    Martın 5-də orta təhsil üzrə keçirilən buraxılış imtahanında ümumilikdə 50 min 498 şagirdin iştirakı nəzərdə tutulmuşdu, o cümlədən həmin şagirdlərin 20 nəfəri fiziki məhdudiyyərli şagirdlər idi. Azadmedia.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin ümumi imtahan rəhbəri Elyar İslamoğlu keçirilmiş imtahan barədə fikirlərini bölüşərkən deyib.
    Şagirdlərin rahat imtahan verməsi üçün əvvəlcədən imtahan binaları təyin edilmiş, həmin binaların və şagirdlərin təhlükəsizliyi, abituriyentlıein rahat imtahan verməsi üçün bütün şərait qurulmuşdu. Kütləviliyin və təmas hallarının baş verməməsi üçün şagirdlərin buraxılış vərəqəsinin hər birinə ayrı-ayrılıqda imtahan binasna gəlmə vaxtı təyin olunduğunu qeyd edən E.İslamoğlu imtahanın saat 11-də başlamasını, 11-ə 15 dəqiqə qalmış imtahana buraxılış dayandırıldığını bildirdi. Onun sözlərinə görə imtahan dinləmə mətni ilə başladı: "Bildiyimiz kimi uşaqların anlama bacarığını yoxlamaq üçün DİM bəzi imtahanlarda dinləmədən də istifadə edir. Həmin dinləmə qurğusu ingilis, fransız, alman və digər dillərdə ola bilir. Ümumilikdə şagirdlərin əhval-ruhiyyəsi yaxşı idi. İntahanda elə bir ciddi qayda pozuntusuna rast gəlmədik. İlk məlumatlara görə 6 məktəbdə telefon aşkar olunub, amma suallardan şikayət edən abituriyentlərə rast gəlmədik. İmtahan 3 saat davam etdi. İmtahanın sonuna qədər daha çox şagird əyləşməyi seçdilər. Zala ayrılan ümumi imtahan rəhbərləri də şavirdlərin rahat imtahan verməsi üçün zallarda səs-küyün olmaması üçün bacardıqlarını əsirgəmədi. Ümumiyyətlə düşünürəm ki, imtahan uğurla keçdi".
    Xatırladaq ki, ayın 12-də də digər bölgələrdə həmin imtahan keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR