AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Komitəsinin sədri Bahar Muradova Salyan rayonunda vətəndaşları qəbul edib

  • + A
  • - A
  • 10-03-2023, 13:48

    Dövlət Komitəsinin sədri Bahar Muradova Salyan rayonunda vətəndaşları qəbul edib

    Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə əsasən, 10 mart 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Salyan rayon Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Ağcabədi və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib.

    Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad edilib.

    Qəbulda vətəndaşların ərizə, müraciət və təkliflərinə baxılıb. Vətəndaşlar əlilliyi olan şəxsin mənzil və məişət probleminin həllinə köməklik göstərilməsi, işlə təmin olunma, şəhid ailələrində qadınların ictimai fəallığa cəlb olunması, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, ailələr boşandıqdan sonra uşaqlarla ünsiyyətin bərpası və digər məsələlərlə bağlı müraciət ediblər.

    Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR