AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ankara Moskvada suriyalı qaçqınların Türkiyədən geri qaytarılmasını müzakirə etməyi planlaşdırır

  • + A
  • - A
  • 8-05-2023, 23:54

    Ankara Moskvada suriyalı qaçqınların Türkiyədən geri qaytarılmasını müzakirə etməyi planlaşdırır

    Türkiyə, Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirləri arasında mayın 10-da Moskvada keçirilməsi planlaşdırılan danışıqlarda suriyalı qaçqınların vətənlərinə qaytarılması məsələsini müzakirə etmək niyyətindədir. Azadmedia.az xəbər verir ki, bunu bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN Türk telekanalının efirində bildirib.

    “Bunlar Suriya ilə bağlı danışıqlar olacaq. Suriyalı qaçqınların öz vətənlərinə təhlükəsiz şəkildə necə qaytarılacağını müzakirə edəcəyik. Amma bunun üçün zəmin hazırlamalı, təhlükəsizliyi və sabitliyi təmin etməliyik. Bunun üçün Suriya rəhbərliyi və BMT ilə əməkdaşlıq etmək lazım gələcək”, deyən Çavuşoğlu əlavə edib ki, “hazırda Suriya rəhbərliyi qaçqınların təhlükəsiz qayıtmasını təmin edə bilmir”.

    Bununla belə, türkiyəli nazir qeyd edib ki, qaçqınların geri qaytarılması prosesi kifayət qədər uzun olacaq. “Bu, BMT ilə birlikdə açıq və şəffaf şəkildə təşkil edilməlidir. Terror probleminin həlli də daxil olmaqla, hər cür şərait yaratmaq lazımdır. Qaçqınların geri qaytarılması prosesinə digər təşkilat və şirkətlər də cəlb olunacaq. Fürsətlər yarandıqda, Suriya vətəndaşlarını yük maşınları ilə mütəşəkkil şəkildə, mərhələ-mərhələ əşyaları ilə birlikdə vətənlərinə aparacağıq. Biz bunu bütün humanitar standartlara uyğun edəcəyik”, - Çavuşoğlu bildirib. O, həmçinin əlavə edib ki, bütün qaçqınların geri qaytarılması planlaşdırılır, lakin bu plandan kənara çıxmalar ola bilər.

    Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi 2022-ci il dekabrın 28-də Moskvada Rusiya, Suriya və Türkiyənin hərbi idarələrinin rəhbərləri arasında məsləhətləşmələr keçirildiyi zaman başlayıb. İclasda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Bu məsləhətləşmələrdən sonra xarici işlər nazirləri səviyyəsində görüş keçirilməlidir, onun gündəliyinə Türkiyə və Suriya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında danışıqlar məsələsi daxil edilməlidir. Daha sonra İranın diplomatik idarələrin rəhbərləri səviyyəsində məsləhətləşmələrdə iştirak edəcəyi bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR