AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun tədbiri - FOTOLAR

  • + A
  • - A
  • 20-09-2023, 20:20

    “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun tədbiri - FOTOLAR


    Bu gün Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən K.Məmmədov adına 209 № li tam orta məktəbdə “Oriqami“ uşaq və yeniyetmələr İctimai Birliyi “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun tədbiri təşkil olunub.
    01.07.- 30.09.2023-cü il tarixinə kimi layihənin Fəaliyyət Planına uyğun olaraq layihə çərçivəsində 4 tədbir icra olunub. Məktəbdə pedaqoji heyətin iştirakı ilə təqdimat keçirilib. Azərbaycanda veloidmanın tarixi və Anket- sorğusu təşkil olunub, fərdi təhlükəsizlik dəstlərindən ictifadə qaydalarını öyrənirik adlı praktik məşğələ keçirilib.

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun tədbiri məktəbin idman zalında keçirilib. 15 nəfər layihəyə qoşulmuş yeniyetmələr, öz velosipedləri ilə, saat 11:00-da zala toplaşıblar. Burada müəyyən təşkilatı işlər görülüb, layihə çərçivəsində yeniyetmələrin rəğbətləndirilməsi üçün hazırlanmış hədiyyə dəstləri, loqolu istehlak malları, velosipedçilərin fərdi təhlükəsizlik dəstləri, dəftərxana dəsti, loqolu iştirakçı Sertifikatları, loqolu hədiyyə çantaları səliqə ilə hər bir iştirakçının oturduğu sinif partalarının üstünə düzülüb. Layihənin Rol-up-ı qurulub, pedaqoji heyət üçün ayrılmış masalara yol hərəkəti və velosipedçilərin təhlükəsizliyi qaydalarını əks etdirən yol nişanları qoyulub. Tədbir fiziki tərbiyə müəllimləri N.Quliyev və M.Mehdiyevin təşkilatçılığı ilə hazırlanıb.

    Layihə rəhbəri Namiq Nəcəfov tədbirə toplaşanları salamlayıb və yeniyetmələri layihənin pozitiv nəticələrlə yekunlaşması münasibəti ilə təbrik edib. K. Məmmədov adına 209 № li tam orta məktəbin direktoru S.Ağayeva çıxış edərək bildirib ki, layihə məktəblilərin böyük marağına səbəb olub. Yeniyetmələr daha da fəallaşıb, fərdi təhlükəsizlik barədə yeni biliklər alıb, məlumatlar toplayıb, praktik vərdişlərə yiyələniblər.

    Təşkilatçı V.Rəsulova yeniyetmələrin təhlükəsizliyinin prioritet sahələrdən biri olduğunu söyləyib və bu baxımdan layihəni, müsbət hal kimi, qiymətləndirib. Psixoloq S.Muradova çıxışında layihə çərçivəsində yeniyetmələrlə təşkil olunmuş Anket-Sorğusunun maraqlı məqamlarına diqqət yetirib. Yekun tədbirin hər bir yeniyetmə iştirakçısına, pedaqoji heyətin iştirakı ilə, hədiyyələr təqdim olunub. Tədbir iştirakçılarının birgə foto şəkli çəkilib.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR