AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Uşaqların təhsilə davamlılığı və uğur psixologiyası” mövzusunda görüş keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 21-09-2023, 18:33

    “Uşaqların təhsilə davamlılığı və uğur psixologiyası” mövzusunda görüş keçirilib - FOTOLAR


    “Ümidli Gələcək” sosial təşəbbüslər İctimai Birliyi tərəfindən bu ilin avqust ayından etibarən “Yetkinlik yaşına çatmayan Məhkumların sosial-psixoloji reabilitasiyası, hüquqi yardım xidmətlərinin təşkili və cəmiyyətə reinteqrasiya” layihəsi davam edilməkdədir.

    “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova bildirib ki, layihə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə əməkdaşlıqda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir: “Fəliyyətin davamı olaraq, yeni 2023-2024-cü tədris ilinin başlamasını nəzərə alaraq, sentyabrın 20-də Mərkəzin rəhbəri və əməkdaşlarının iştirakı ilə Bakı Probasiya İdarəsində qeydiyyatda olan yetkinlik yaşına çatmayanların vətənpərvərlik ruhunda inkişafları, onların cinayətdən və cinayətkarlardan uzaq olması, onlara sağlam psixoloji şüurun aşılanması və təhsilə motivasiyanın yaradılması məqsədilə uşaqlar və valideynlərin iştirakı ilə görüş keçirilib”.

    Görüş zamanı ilkin olaraq, Mərkəzin rəhbəri qeydiyyatda olan yetkinlik yaşına çatmayanlarla aparılan sosial-psixoloji reabilitasiyanın vacibliyini vurğulayaraq göstərilən xidmətlər haqqında məlumat verib. Daha sonra Mərkəzin psixoloqu yeni tədris ilinin başlamasına həsr olunmuş “Uşaqların təhsilə davamlılığı və uğur psixologiyası” mövzusunda ətraflı məlumat verib. Bundan sonra Mərkəzin hüquqşünası uşaqların təhsil hüquqlarından danışaraq, onların hazırda qarşılaşdıqları çətinliklərə toxunub, maarifləndirici söhbətlər aparıb.

    Görüşün yekununda yaranan çətinliklərin aradan qaldırılması, qanun pozuntusuna yol verən uşaqlara hüquqi yardım və sosial-psixoloji dəstəyin ən tez zamanda və düzgün göstərilməsi üçün Mərkəz ilə əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Hazırda hüquqi, təhsil və digər şəxsi sənədlərlə bağlı problemləri olan yetkinlik yaşına çatmayanlarla işə başlanılıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR