Qarabağda antiterror əməliyyatı zamanı şəhid xəbəri çıxmış XTQ-nin 28 yaşlı zabiti Rəsul Ağayev 3 gün sonra ayağından yaralı halda bataqlıq ərazidən tapılıb.
Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayevin 2 qızı var.
O, YAŞAT Fondunun sədri qazi Elvin Hüseynovun qaynıdır.
Məlumatı Elvin Hüseynovla dəqiqləşdirdim.
Azadmedia.az xəbər verir ki, məlumatı şəhid mayor Vüsal Əliyevin qardaşı Elyar İslamoğlu sosial mediada yazıb. O qeyd edib ki, Şəhid xəbəri yayıldığı üçün kənd camaatı, onu tanıyan hər kəs hərbiçimizin evinə toplaşmışdı.
P.S. Şəkil zabitimiz tapılan zaman çəkilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.