AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FHN əməkdaşları Xankəndində axtarış-xilasetmə və digər işlərə başlayıb

  • + A
  • - A
  • 28-09-2023, 12:03

    FHN əməkdaşları Xankəndində axtarış-xilasetmə və digər işlərə başlayıb

    Sentyabrın 25-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) 50 nəfərdən ibarət komandası Xankəndində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə və digər işlərə başlayıb. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

    Sentyabrın 27-də Azərbaycan Fövqəladə Hallar Nazirliyi Xankəndinə 10 texnika və 50 nəfərdən ibarət briqada göndərib.

    Fövqəladə Hallar Nazirliyinin texnikası Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndinə gəlib, təhlükəsizliyin təmin edilməsi məqsədilə artıq axtarış-xilasetmə və digər işlərə başlayıb.

    Qeyd edək ki, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış güclü yanğına səbəb olub. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının fədakarlığı və peşəkarlığı nəticəsində yanğın qısa zamanda söndürülüb.

    Bakıdan təcili tibbi yardım maşınları yanıq əleyhinə tibbi ləvazimatlar, sarğılar, əlcəklər və dərman preparatları olan təcili yardım maşınlarını Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndinə göndərib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR