Əsdi,coşdu fırtına,
Qara yel haray saldı.
Qənirsiz Qənirəni,
Fələk bizlərdən aldı.
Nur üzlü bir Türk qızı,
Qovuşdu Cənnətinə.
Dar ayaqda,çətində,
Dayaqdı millətinə.
Necə qıydın ey əcəl,
Belə gözəl xanıma?
Ondan uzaq duraraq,
Gələmməzdin yanıma?
Xalqın ürəyindəsən,
Qənirsiz Qənirəmiz.
Azərbaycan gözəli,
Dupduru,Aydan təmiz!
İnsan vəfat edərkən,
Deyirlər evdən getdi.
Qənirə adlı mələk,
Heyif ki,eldən getdi…
Fərid Mahmudoğlu,
28.09.2023-cü il,Bakı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.