AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU-ya valideyn kimi ilk səfərim - TƏƏSSÜRAT

  • + A
  • - A
  • 29-09-2023, 20:16

    BDU-ya valideyn kimi ilk səfərim - TƏƏSSÜRAT

    Tələbə! Bu ad mənim üçün cəsarət, xoş günlər, gəncliyin ən gözəl illərinin simvoludur.
    Kəsrin olması da, dərsdən qaçmaq da tələbəlik üçün elə də qorxulu tendensiya deyil, olan işdir. Hələ qaibdən, kəsrdən yayınmaq üçün edilən müxtəlif bəhanələr, tələbə yaradıcılığı...
    Tələbə həm də cəsarətli olmalı. Tarixdə ən yaddaqalan inqilabları tələbələr edib. Tələbələr rüşvətxor, qəsdən qiymət kəsən, davranış qaydalarını bilməyən müəllimə şans tanımamalı, cəsarət, birlik göstərib rəhbərliyə ərizə yazmalı, müəllim adına yaraşmayanları auditoriyaya buraxmamalıdır. Tələbə təhsil ocağında tam formalaşmalı.
    Tələbə anasıyam axı...
    Sadaladığım xüsusiyyətlərdən heç birinə görə övladıma söz demərəm, hətta sevinərəm ki, özünü ifadə edə bilir, tələbə dünyasına qaynayır, qarışır.
    Bir gözümüzü ağladan, bir gözümüzü güldürən təzadlı həftədə ailəvi doğma məkanımıza çevrilən Bakı Dövlət Universitetinə qonaq getdim. Elə qapıdaca gestapo kimi qayda-qanun xoşuma gəldi, nə gizlədim. Qəbuluna gedəcəyin adam qapıya zəng edib gəlişini təsdiqləməli, buraxılış vərəqinə giriş-çıxışın imza ilə təsdiqlənməli. Bizim Neft Akademiyası kimi faciə təcrübəmiz var. Dərs müddəti övladlarımızın təhlükəsizliyindən arxayın olmalıyıq. Tam təmirdən çıxan 2-ci korpusa, dekanatlığa yollanıram.
    İnformasiya və sənət menecmenti fakültəsinin tələbələri çox şanslı. Dekanları Ələmdar Cabbarlı çox mehriban sadə, rüşvəti qəti yaxına buraxmayan bir rəhbər. Bütün müəllim və tələbə heyəti bilir ki, o fakültədə istənən rüşvət müəllimin elmi dərəcəsindən asılı olmayaraq işini itirməsilə nəticələnəcək. Dəhlizlərdə 1 tələbə gözə dəymirdi. Hamısı auditoriyalarda. Şüşəli qapılardan dərsdəki atmosferi də asanlıqla izləmək olur. Liftdən çıxan kimi səni qarşılayan gül dibçəkləri, təmizlik, səliqə səhman xoş ovqat yaradır.
    Ələmdar müəllimin gözəl ənənələri var, təvazökarlıq edir, istəmir reklam. Söz verdim o təqaüdə çıxandan sonra yazacam eşitdiyim tədqirəlayiq işlərindən.
    Divarlarda şəkillər marağımı cəlb etdi, sizin üçün də çəkdim.
    Beləcə sehirli tələbə dünyasına səfərim sonlandı, bir xatirə şəkli ilə, xoş aura ilə ayrıldım.
    Ellada xanım Ülkərin seminar müəllimidir. Ülkərə deyib qızıma oxşayırsan, uşaq ürəklənib. Öz qızı də tələbədir Bakı Slavyan Universiteti - BSU da Ellada müəllimənin. O biri Nadir müəlllimdi, mühazirə müəllimi. Heyf tələbələrin sevimlisi Knyaz Aslanı görmədim. İnşallah gələn dəfə. BDU - ya səfərlər hələ irəlidədir.
    Qızımı ürəklə əmanət etmişəm BDU-ya. Təlatümlü tələbəlik həyatı onu cəmiyyətə tam yararlı vətəndaş edəcək, əminəm.
    Sadəcə kənardan fəxrlə seyr etmək ümidilə...
    Elnurə Avuşova












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR