AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda keçmiş general-mayorun həbs müddəti iki ay da uzadıldı

  • + A
  • - A
  • 4-10-2023, 20:00

    Ermənistanda keçmiş general-mayorun həbs müddəti iki ay da uzadıldı

    Ermənistan məhkəməsi Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturovun həbs müddətini iki ay uzadıb.

    Bu barədə məhkəmənin teleqram kanalında yazılıb.

    Bildirilib ki, növbəti məhkəmə iclası oktyabrın 18-i saat 15:00-da olacaq.

    Qeyd edək ki, Qriqori Xaçaturov sabiq müdafiə naziri, parlamentin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və daha 11 nəfərin işində iştirak edir. Cinayət işi çərçivəsində keçmiş müdafiə nazirinə qarşı xüsusi külli miqdarda mənimsəmə və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR