AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qızlar-Texnologiyalar İnnovasiyalar Akademiyası” adlı layihə keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 5-10-2023, 23:26

    “Qızlar-Texnologiyalar İnnovasiyalar Akademiyası” adlı layihə keçirilib - FOTOLAR

    İnnovasiya və Sosial İnkişaf İctimai Birliyi “Qızlar- Texnologiyalar İnnovasiyalar Akademiyası” adlı layihə həyata keçirir.
    Birlikdən verilən məlumata görə, layihə Azərbycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı təşkil olunur. Qeyd edək ki, ümumilikdə layihənin əsas məqsədi qızlar arasında İT, mühəndislik, kompyüter elmləri, data analitik kimi ixtisasları təbliğ və təşviq etməkdən, bu istiqamət üzrə karyera qurmaq istəyən qızların istəklərinə təkan verməkdən ibarətdir.
    Layihə çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri və Qobustan şəhər tam orta məktəblərinin yuxarı sinif şagirdləri ilə mövzuya uyğun əyani təlimlərin keçirilib. Növbəti təlimlər Qobustan şəhər Elyar Vəliyev adına 2 nömrəli tam orta məktəbdə təşkil edildi. Təlimlərdə iştirakçılara seçəcəkləri ixtisasla bağlı mühəndis, robottexnika, proqramlaşdırma, data analitik , İT və digər bu kimi sahələr haqqında ətraflı məlumatlar verildi ki, bu da onlarda adı çəkilən sahələrə marağın artmasına münbit şərait yaradacaqdır.
    Həmçinin təlim iştirakçılarına layihə çərçivəsində yaradılmış “İxtisasını rəqəmsal texnologiyalarda seç” adlı platforma (sayt) haqqında məlumat verilib. Bu ixtisasını lT sahəsində seçmək istəyən qızlara (xüsusilə şagirdlərə) bu ixtisasları seçdikdən sonra peşəkar kadr kimi formalaşmaları üçün hansı addımlar atmalı olmaları ilə bağlı dəstək olacaqdır. Təlimlərdə həmçinin qızların təhsil almasının vacibliyi vurğulanaraq bildirilib ki, bütün bunlar onlara qarşı yönəlmiş olan psixoloji-mənəvi, fiziki zorakılıqlardan kənarlaşmağa, iqtisadi asılılıqdan, erkən nikahlardan qurtarmağa əsaslı zəmin yaradacaqdır. Eyni zamanda layihə çərçivəsində təlim iştirakçılarını maraqlandıran bütün suallar təlimçi və layihə icraçısı tərəfindən cavablandırıldı.
    Qeyd edək ki, qarşılıqlı dialoq şəkilində interaktiv metodlar əsasında ayrı-ayrılıqda təşkil edilərək keçirilən bu iki təlimdə 70 nəfər iştirak edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR