AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Valideyn məsuliyyəti" mövzusunda təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 6-10-2023, 09:39

    "Valideyn məsuliyyəti" mövzusunda təlim keçirilib - FOTOLAR

    Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrası davam edir.

    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra planına uyğun valideynlər arasında maariflənmə işləri davam etdirilir. Oktyabr 5- də Samux rayonu Qarayeri qəsəbəsində (Qarayeri 1 saylı məktəb- liseydə) daha 25 valideynə "Valideyn məsuliyyəti" mövzusunda təlim keçirilib. Təlim zamanı valideyn vəzifələri və məsuliyyəti, valideyn- övlad münasibətində anlaşılmazlıq,konfliktlərvə onların həlli yolları, həmçinin,məsuliyyətsizlik və digər səbəblərdən Qanunvericiliklə tənzimlənən valideynlik hüquqlarından məhrum edilmə kimi məsələlərə toxunulub və valideyn- övlad arasında saglam münasibətə təsir edən amillərdən söhbət aparılıb.

    Qeyd edək ki, təlim boyu müxtəlif rol oyunları, energizerlər və qrup işləri təşkil olunub. Təlim valideynlər tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR