AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Layihənin yekun tədbiri həyata keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 6-10-2023, 16:52

    Layihənin yekun tədbiri həyata keçirilib - FOTOLAR

    Bu gün İstedadlı Əlillər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatını və Paralimpiyanın təbliği” adlı layihənin yekun tədbiri həyata keçirilib.

    İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov bildirib ki, Abşeron Rayon Xırdalan şəhər H.Əliyev Mərkəzində təşkil olunan tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Peşə Reabilitasiya Mərkəzi, Paralimpiya Komitəsi, Ablimiya Fedarasiyasının nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər. İlk öncə tədbirdə dövlət himni səsləndirilib, sonra şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açılış nitqi ilə başlayan İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov çıxış edərək bildirdi ki, bu layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2023-cü il kiçik qrant layihəsinin qalibi olub. “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatını və Paralimpiyanın təbliği” adlı layihənin 4 ay müddətinə həyata keçirilmişdir. Layihəninin əsas məqsədi fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların iştrakı ilə Abilimpiya hərəkatını və Paralimpiya idman növlərini təbliğ etmək və fiziki məhdud gəncləri peşə təlimlərinə, Paralimpiya idmanına cəlb etmək, onlara dəstək olmaqdan ibarətdir. Eyni zamanda fiziki məhdudiyyəti olan şəxsləri cəmiyyətimizin inkişafında aktivlik göstərməsinə, müxtəlif tədbirlər və layihələrdə iştirak etmələrinə, sosial aktiv vətəndaşların bu sahəyə diqqətini yönəltmək və fiziki imkanları məhdud insanlara dəstək olmaq layihənin məqsədləri sırasına daxildir.

    Qubad Qasımov həmçinin layihənin yekun hesabatını tədbir iştrakçılarının diqqətinə çatdıraraq qeyd etdiki, layihə çərçivəsində Xırdalan şəhər AAAF-Park Yaşayış Kompleksində, Sumqayıt Regional Reabiltasiya Mərkəzində, Bakı şəhər Respubilika Reabiltasiya Mərkəzində, layihənin nəticələri haqqında yekun hesabat konfransı Xrdalan şəhər H.Əliyev Mərkəzi üzrə tədbirlər keçirilmişdir. Burda məqsədimiz bölgələrdə yaşayan məllumatı olmayan əlilliyi olan şəxslərə dövlətimiz tərəfindən yaradılan imkanlar barədə, onları Abilimpiya Fedarasiyasına cəlb etmək və Paralimpiya idman növləri haqqında məlumat verməkdən ibarətdir. Layihə çərçivəsində 8 nəfər DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə, 6 nəfər Peşə və Reabilitasiya Mərkəzinə, 10 nəfər isə Paralimpiya idman növlərinə cəlb olunmasına aidiyyəti qrumlarla danışıqlar aparılmış və qeydiyyata alınıb.

    Layhə çərçivəsində əlilliyi olan bir cox şəxslərin müraciəti əsasında dinləmələr aparılmış və aidiyəti dövlət qurumlarına təkliflər verilmişdir. Təkliflər Nazirlər Kabineti, Milli Məclis və ƏƏSMN-nə göndərilib. Təkliflər əsas əliliyi olan şəxslərin, xusisəndə I dərəcəli və görmə məhdudiyətli şəxslərin özünüməşğulluq proqramlarından yararlamasımasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və özünüməşğulluq proqramında mövcud paketlərə musiqi alətlərinin salınması təmin olunsun. Görmə məhtudiyətli əliliyi olan şəxslərin böyük əksəriyyəti musiqi sahəsində çoxluq təşkil edir, onların öz sənətlərini davam etdirmək üçün musiqi alətlərinin olmaması onlara böyük çətinliklər yaradır.

    Sonda layihənin rəhbəri Qubad Qasımov layihə müddətində tədbirlərin təşkilində təşkilatı dəstək göstərən Paralimpiya Komitəsi, Abilimpiya Federasiyası, DTSERA, AAAF-Park Yaşayış Kompleksinin rəhbərliklərinə və layihə müdətində tədbilərdə iştrak edən bir cox iştrakçılar ictimai birliyin Təşəkkürnaməsi ilə təltif edib və bu layihənin həyata keçirilməsində maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirib.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR