İstedadlı Əlillər İctimai Birliyi tərəfindən “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatını və Paralimpiyanın təbliği” adlı layihənin icrasına başlanılıb. Layihə Bakı-Sumqayıt Əlillərin Regional Bərpa mərkəzində, eləcədə Abşeron rayonunda yerləşən AAAF-Park yaşayış masivində təşkil olunur.
İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov açıqlamasında bildirib ki, layihənin məqsədi fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların iştrakı ilə Abilimpiya hərəkatını və Paralimpiya idman növlərini təbliğ etmək və fiziki məhdud gəncləri peşə təlimlərinə, Paralimpiya idmanına cəlb etmək, onlara dəstək olmaqdan ibarətdir: “Fiziki məhdudiyyəti olan şəxsləri cəmiyyətimizin inkişafında aktivlik göstərməsinə, müxtəlif tədbirlər və layihələrdə iştirak etmələrinə, sosial aktiv vətəndaşların bu sahəyə diqqətini yönəltmək və fiziki imkanları məhdud insanlara dəstək olmaq layihənin məqsədləri sırasına daxildir”.
Birliyinin sədri həmçinin qeyd edib ki, layihə müddətində təşkil olunacaq tədbirlərə cəlb olunacaq aidiyatı Dövlət qurumlarının numayəndələri, Paralimpiya çempionlarının və fiziki məhdud insanların iştrakı ilə paralimpiya idmanı haqqında marifləndirici təbliğatın aparılması və əlilliyi olan musiqiçilərin ifasında konsert və sərgi tədbirlərinin təşkil olunacaq.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə 1İyul 2023-cü il tarixindən başlayıb, 4 ay müddətində (01.07.2023-01.11.2023-cü il) icra ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.