AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT regionlarda insan alverinə qarşı mübarizə tədbirlərini genişləndirir - FOTOLAR

  • + A
  • - A
  • 6-10-2023, 16:55

    QHT regionlarda insan alverinə qarşı mübarizə tədbirlərini genişləndirir - FOTOLAR

    Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə regionlarda insan alverinə qarşı mübarizə tədbirlərini genişləndirir.
    Birlikdən verilən məlumata görə, bu gün Quba rayonu Xınalıq kəndində Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə layihə çərçivəsində növbəti tədbirini keçirib. Tədbir qarşılıqlı dialoq və müzakirələr şəklində keçirilib.
    Qeyd edək ki, “Mərkəzdən ucqarlara-məişət zorakılığı, erkən nigahlar və potensial insan alveri qurbanları barəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində Quba, Qusar və Şabran rayonlarının mərkəzdən uzaqda yerləşən qəsəbə və kəndlərində insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə işlərinin həyata keçirilməsi nəzrədə tutulur.
    Tədbirlər müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilir və maarifləndirmə tədbirlərinə yüzlərlə vətəndaş cəlb edilir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR