AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Hər zaman İsrail dövlətinin yanındayıq, törədilən terror aktını lənətləyirik”

  • + A
  • - A
  • 7-10-2023, 17:00

    “Hər zaman İsrail dövlətinin yanındayıq, törədilən terror aktını lənətləyirik”

    Hacı Salayev

    İsrail dövləti dünyada az sayda qeyri-müsəlman ölkəsidir ki, hər zaman Azərbaycan dövlətinin yanında olub, həmçinin II Qarabağ müharibəsində ölkəmizin haqq işini dəstəkləyib. Əlbəttə ki, dərin tarixi köklərə malik olan münasibətlərimizin irəli aparılması, inkişafı istiqamətində son aylarda həyata keçirilən tədbirlər, özəlliklə İsraildə Azərbaycan səfirliyinin açılması, Prezident İsxak Hersoqun ölkəmizə səfəri tərəfdaşlığın gücləndirilməsi üçün atılan mühüm addımlardandır. Bütün bunlarla yanaşı qeyd edim ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.

    Eyni zamanda, əsrlər boyu davam edən qarşılıqlı əlaqələrimiz, ölkərimiz arasında dostluq və qarşılıqlı dəstək tariximiz var. Qarşılıqlı olaraq bir-birimizin haqq işinə dəstək olan dövlətlərdən olduğunu nəzərə aldıqda, bu münasibətlərin dərinləşməsi üçün hər vaxt geniş imkanlar olub və son illərdə isə bu dinamika əhəmiyyətli dərəcədə artıb.
    Hər zaman iki ölkə olaraq bir-birimizin yanındayıq.

    Əlbəttə ki, son dönəmlər dost ölkə İsraildə baş verən terror hadisələri təbii ki, yerli əhalini və orada yaşayan xarici vətəndaşları narahat edir və biz də dost ölkə olaraq baş verənlərdən narahatıq, sözsüz ki, nəticə etibarilə hamımız insanıq. Burada insan həyatından söhbət gedir.


    Bu gün səhər saatlarında HƏMAS hərəkatının silahlı qanadı tərəfindən yəhudi dövlətinin ərazisinə 5 min raket atılıb. İsrail Silahlı Qüvvələri buna cavab olaraq “Dəmir qılınclar” adı verilən əməliyyata başlayıb. HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 900 nəfəri xəstəxanaya yerləşdirilib, hadisə nəticəsində azı 100 nəfər ölüb. İsraildə fövqəladə vəziyyət elan edilib.

    İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Joe Bidenin ona ABŞ-ın İsrailin "özünü müdafiə etmək hüququnu tam dəstəklədiyini" dediyini açıqlayıb.

    Bundan əlavə, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Fabrizio Carboni ilkin görüntülərin və məlumatları "tamamilə dəhşətli" adlandıraraq, "vəziyyət gərginləşməyə davam edərsə, hər iki tərəfdəki mülki insanların çox əziyyət çəkəcəyini" deyib.

    Qeyd edim ki, "İsrail kəşfiyyatının Həmasın bu, kütləvi və koordinasiya edilmiş hücumu ilə bağlı öncədən məlumatlı olmaması ilə bağlı "böyük araşdırma" aparıldığı da deyilir

    Hətda, İsrailin müdafiə naziri bildirib ki, Həmas onun ölkəsinə qarşı “ciddi səhv edib və müharibəyə başlayıb”.
    Ölkəboyunca hava hücumu həyəcanı işə salınıb.

    Təbii ki, bu hücum israillilər və fələstinlilər arasında aylarla davam etmiş zorakılıq və artan gərginlikdən sonra baş verir.

    Törədilən terror aktını lənətləyirik. Ölənlərə Allahdan rəhmət diləyirik. Ümid edirik, bir daha belə hadisələr yaşanmaz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR