AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İnklüziv peşə hazırlığı mərkəzinin təşkili və təşviqi” adlı layihə çərçivəsində yekun tədbir - FOTOLAR

  • + A
  • - A
  • 10-10-2023, 09:46

    “İnklüziv peşə hazırlığı mərkəzinin təşkili və təşviqi” adlı layihə çərçivəsində yekun tədbir - FOTOLAR

    “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) icra etdiyi “İnklüziv peşə hazırlığı mərkəzinin təşkili və təşviqi” adlı layihəsi çərçivəsində yekun tədbir 09 oktyabr 2023-cü il tarixində “Azərsu” ASC-nin nəzdində fəaliyyət göstərən “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun təlim mərkəzində keçirilmişdir. Tədbir dəyirmi masa formatında “İnklüziv peşə hazırlığı mərkəzlərinin əhəmiyyəti və təşviqi”nə həsr edilmişdir.

    Tədbiri giriş sözü ilə MİDİB-in icraçı direktoru və sözügedən layihənin rəhbəri Arif Nəcimov açıq elan etmişdir. O, tədbir iştirakçılarını salamladıqdan sonra layihənin məqsəd və vəzifələrindən, ölkəmizdə inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin əhəmiyyətindən, onların fəaliyyətinin sosial sahibkarlıq modelində təşkilindən və idarə olunmasından, qurulacaq mərkəzlərin gələcəkdə təklif edəcəkləri xidmətlər və əməkdaşlıq imkanlarından, həmçinin dövlətimizin sözügedən sahədə gördüyü işlərdən və icra olunan proqramlar-layihələr haqqında məlumat vermişdir.

    Sonra söz “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Elnur Nəsirova verilmişdir. O, tədbir iştirakçılarını salamladıqdan sonra cari layihənin aktual və vacibliyini vurğulayıb, “Sukanal” ETLİ-nun fəaliyyəti haqqında məlumat vermişdir. E.Nəsirov əlavə olaraq bildirmişdir ki, İnklüziv peşə hazırlığı mərkəzlərinin təşkili və orda hazırlanacaq mütəxəssislər öz nəzəri və praktiki biliklərini müxtəlif dövlət və ya özəl sektorun nəzdində fəaliyyət göstərən emalatxanalarda və ya laboratoriyalarda tətbiq edib daha da təkmilləşdirə bilərlər. Nəticədə isə bu prosesdə iştirak edənlər daha inklüziv cəmiyyətin formalaşmasına öz töhfələrini verməklə, peşə təhsilinin nüfuzunun artmasına da müsbət təsir edəcəkləri qeyd olunmuşdur.

    Tədbir dəvət olunmuş qonaqların “İnklüziv peşə hazırlığı mərkəzlərinin əhəmiyyəti və təşviqi” mövzusunda çıxışları və dəyirmi masa ətrafında müzakirələri ilə davam etmişdir. Tədbirin sonunda iştirakçılara layihə haqqında buklet və sertifikatlar təqdim olunmuşdur.
    [center]
    Sözügedən layihə Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə MİDİB-in işçi qrupu tərəfindən fəaliyyət planına uyğun olaraq icra olunmuş və yekunlaşmışdır. Layihə çərçivəsində təşkil olunmuş tədbirlərdən (təlimlərdən və dəyirmi masalardan) 30 nəfər gəncin və 30 nəfərdən çox vətəndaş cəmiyyətinin üzvlərinin birbaşa faydalanması, inklüziv peşə hazırlığı mərkəzlərinin təşkili və fəaliyyət modelləri, o cümlədən “Azərbaycanda əmək qabiliyyətli fiziki və zehni qüsurlu insanların əmək prosesinə cəlb olunması, onlarla düzgün ünsiyyətin təşkili və davranış qaydaları” və sosial sahibkarlıq haqqında maarifləndirilməsindən başqa, gələcədkə oxşar mövzularda yeni layihələrin hazırlanması üçün təkliflər, tövsiyyələr toplanmış və yeni-yeni əməkdaşlıqlar qurulmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR