AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Samux rayonunda "Erkən və qohum nikahların fəsadları" mövzusunda təlim – FOTOLAR

  • + A
  • - A
  • 10-10-2023, 11:21

    Samux rayonunda "Erkən və qohum nikahların fəsadları" mövzusunda təlim – FOTOLAR

    Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai Birliyinin "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrası davam edir.

    Birlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin icra planına uyğun valideynlər arasında maariflənmə işləri davam etdirilir.

    Oktyabrın 9-da Samux rayonu Sərkar kəndində Sərkar kənd tam orta məktəbdə daha 25 valideynə "Erkən və qohum nikahların fəsadları" mövzusunda təlim keçirilib. Təlim zamanı erkən nikah, qızların təhsildən yayınması,qohum və erkən nikahların fəsadları kimi məsələlərə toxunulub. 2022- ci ildə Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyinin həyata keçirdiyi "Cəmiyyətin inkişafında erkən nikah problemi" layihəsi çərçivəsində çəkilmiş" Mənim arzularım var" qısametrajlı film izlənilib. Daha sonra təlim boyu müxtəlif rol oyunları, energizerlər və qrup işləri təşkil olunub.

    Qeyd edək ki, təlim valideynlər tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR